Macarıstanlı məktəblilər qəzaya düşdü - 16 ölü

İtaliyada baş verən yol qəzasında 7 nəfər ölüb, onlarla insan xəsarət alıb.
 
"France Press" agentliyini verdiyi məlumata görə, hadisə yanvarın 20-də axşam Verona şəhərində baş verib.
 
Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb.
 
Qəzanın detalları dəqiqləşdirilir.
 
X X X
 
İtaliyada baş verən yol qəzasında 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb. 
 
Bu barədə "Assosiated Press” İtaliya polisinə istinadən məlumat  yayıb.
 
Yanvarın 20-də axşam Verona şəhərində baş verən qəzanın detalları araşdırılır. 
 
Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb.
 
Məlumata görə, avtobusda macarıstanlı məktəblilər olub. Onlar İtaliyada səyahətlərini bitirib Fransaya qayıdırmışlar./APA/
 
MediaFax