Maaşsız qalan işçilər ayağa qalxdı

Hazırda «Oil & Gas Proserv» MMC-nin əməkdaşları maaşlarını ala bilmədiklərinə görə etiraz aksiyası keçirirlər.

İşçilərin saytımıza verdikləri məlumata görə, bu ilin əvvəlindən əməkhaqları verilməyib. Şirkətin rəhbəri Eldar Məhərrəmov bildirib ki, böhrana görə maddi çətinliklər yaşayırlar, problem də bu səbəbdən yaranıb. 
  
İşçilər bildiriblər ki, yerli şirkət olan «Oil & Gas Proserv» MMC-nin əsas fəaliyyəti neft-qaz şirkətlərinə servis xidməti göstərməkdir. "22-23 nəfər maaşını ala bilmir. Bizim şirkətdə orta maaş 1000 manatdır. Böhrana baxmayaraq rəhbərlik əməkhaqlarını öz qaydasında alır, amma bizə gələndə deyirlər ki, pul yoxdur".

İşçilər problemlə bağlı dəfələrlə Həmkarlar İttifaqına və prokurorluğa şikayət ediblər. Amma şirkət rəhbərliyi onlara hədə-qorxu gəlir, işdən çıxarılacaqları ilə hədələyir./bizimyol.info/

MediaFax