“London taksi”ləri də Məmmədovun əlindən çıxır...

Bakıda keçirilən "Eurovision” musiqi yarışması ərəfəsində paytaxta gətirilən "London taksisi” xidməti artıq uzun müddətdir ki, böhran dövrünü yaşayır.

Politika.Az-a verilən məlumata görə, heç bir uğur qazanmayan bu xidmət nəqliyyat naziri Ziya Məmmədovdan alınır. 

Bu xidmət rəsmən çökmək üzrədir. Əgər taksi xidmətinin inkişafını istəyirlərsə, yenilik etsinlər. Planı azaltsınlar, sürücü evinə çörək apara bilsin. 

Görünən budur ki, artıq Ziya Məmmədovun iqtisadi cəhətdən çökdürülməsi əməliyyatı başlayıb. "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılıb. 

Bu qərarla paytaxtda sərnişin daşınmasının təşkili Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədova məxsus "Transqeyt” şirkətinin monopoliyasında idi. 

Nazirlər Kabinetinin sözügedən qərarı ilə sərnişin daşınma xidməti BŞİH-nin nəzarətinə keçdi. Bununla Ziya Məmmədovun daha bir maliyyə qaynağı qapadılıb. 

Bir qədər öncə Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb. Bakı şəhər İcra Hakimiyyətinə verilmişdi. Nazirliyin əsas müəssisəsi olan "Azəryolservis” ASC də faktiki olaraq Z.Məmmədovun təsir dairəsindən çıxarılıb.

Son aylar ərzində Bakıda taksi xidmətindən istifadə edənlərin sayı kəskin sürətdə azalıb. Hətta taksilərdə qiymətlərin müəyyən dərəcədə aşağı düşməsi də vəziyyəti dəyişməyib. 

Bunu Bakının mərkəzində, "Tarqovı”da taksi fəaliyyəti ilə məşğul olan sürücülər deyir. Onlar müştəri tapmadıqlarından şikayət edib, günlərini domino oynamaqla başa vurduqlarını bildirirlər. 

Məlum olduğu kimi, Məmmədovun səlahiyyətlərinin çoxu bir-bir əlindən çıxarılıb. Belə ki, dövlət mülkiyyətində və ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları Nəqliyyat Nazirliyindən alınaraq, "Azəravtoyol” ASC-nin balansına verilib. 

Nəqliyyat sektoruna aid bir sıra səlahiyyətlər də «ASAN xidmət»ə, bəziləri də Dövlət Yol Polisinə keçib. Ötən il çıxarılan qərar görə taksilərin, yük avtomobillərinin və sərnişin avtobuslarının fəaliyyətinə, sərnişin və yükdaşıma qaydalarına (lisenziyalaşdırma, vergilərin ödənilməsi, fərqlənmə nişanı və s. məsələlərə) riayət etmə, həm də yol hərəkəti qaydalarına riayət etmə baxımından yalnız Dövlət Yol Polisi nəzarət edir. Buna qədər "Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyindən tabeliyindən çıxarılmışdı.

Həmçinin sərnişidaşıma NN-dən alınıb. Keçən il Bakı Nəqliyyat Agentliyi yaradılıb. NN- dəki Avtonəqliyyat Xidmətinin sərnişindaşıma ilə bağlı və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin funksiyaları da həmin quruma verilib. Nazirin təkcə səlahiyyətləri və biznesi əlinən alınmayıb, onun kadrları da işdən çıxarılıb.

MediaFax