Tanınmış şirkət bağlandı - Bakıda

Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində yerləşən "Lider Cola” şirkəti bu gün rəsmən bağlanıb 

Şirkətdəki mənbənin verdiyi məlumata görə, hazırda şirkət boşaldılır.

Qeyd edək ki, "Lider Cola” şirkətində ötən ay güclü partlayış baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, partlayış iyulun 5-də gecə saat 03 radələrində qəsəbə ərazisində fəaliyyət göstərən "Lider Cola” şirkətinin istehsal fabrikində baş verib. Partlayış nəticəsində müəssisənin yaxınlığındakı bir neçə mənzil və ticarət obyektinə ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilmişdi ki, hadisə müəssisənin sexində sərinləşdirici içkilərə vurulan karbon qazının toplandığı çənin birinin partlaması nəticəsində baş verib. Partlayış nəticəsində yanğın hadisəsi olmayıb və xəsarət alan yoxdur./gununsesi.info/

MediaFax