Lənkəranskinin adamı olan tanınmış avtoritetə SUİ-QƏSD oldu

Dekabrın 23-də gecə Hollandiyanın paytaxtında azərbaycanlı məşhur "qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın silahdaşlarından biri, çeçen kriminal avtoritet Şeyx Həmzəyə sui-qəsd edilib.
 
Modern.az xarici mediaya istinadən bildirir ki, Xamzat Qastamirova hücum Amsterdamın rayonlarında birindəki Staay Food Group Holding topdansatış tərəvəz bazasında olub.
 
Kalaşnikov avtomatı və səsboğucu Glock tapançası ilə silahlanan killerlər bazanın ərazisinə qoşqulu avtomobillə mal almaq bəhanəsi ilə daxil olub.
 
Məlumatda qeyd edilir ki, Şeyx Xamzat işləri ilə bağlı bazaya tez-tez gəlir.  Onu elə orada killerlər izləyiblər. Ancaq sui-qəsd baş tutmayıb – Qastamiorovun mühafizəsi operativ reaksiya verib.
 
Atışma zamanı killerlərdən biri ayağından, digəri  budundan yaralanıb. Hadisə yerinə gələn polis sui-qəsdi həyata keçirməli olan iki nəfəri həbs edib. Onlar 30 və 35 yaşlarında azərbaycanlı və çeçen olub.
 
Hollandiyanın istintaq orqanları Qastamirovun öldürülməsini sifariş verən şəxsi müəyyənləşdirməyə çalışır, bu işə avtoritetin vəkilləri də cəlb olunublar.
 
Şeyx Xamzatın ətrafındakılar hesab edirlər ki, hücum Qastamirovun dünya meyvə-tərəvəz bazarındakı artan nüfuzu ilə bağlıdır.
 
Staay Food məhsulu həm özünün xüsusi ərazilərində yetişdirir, həm də Hollandiya və Avropanın, eləcə də Latın Amerikası və Afrika fermerlərindən alır.
 
Qeyd etmək lazımdır ki, Rövşən Lənkəranskinin öldürülməsindən sonra topdansatış tərəvəz bazasının sahibi  Şeyx Xamzatın bu sahədəki təsir dairəsini genişləndirib.
Lənkəranskinin qətlin dən sonra Türkiyə və çeçen mafioz klanlarının birləşdiyi də bildirilir.
 
Digər məlumata görə, Lənkəranskidən sonra Qastamirov faktiki "avropa obşakı”nın qoruyucusu olub və Rövşənin Avropadakı bütün aktivlərinə varislik edir.
 
Xatırladaq ki, Rövşən Canıyevi 3 killer 2016-cı il avqustun 18-də İstanbulda güllələyib.

MediaFax