“Kurtlar Vadisi”nin bu səhnəsi gerçək oldu - Video

Türkiyədə çevrilişə cəhd edən yüksək hərbi rütbəli komandirlərin saxlanılan zaman əksəriyyətinin üzərlərindən tapılan 1 dollarlıq banknotlar "Kurtlar Vadisi Pusu" serialında iki il əvvəl efirə gedən bir səhnəni xatırladıb. 

Sözügedən səhnədə Cahid və Polad Ələmdarın bacısı Safiyə digərlərindən fəqrlənən 1 dollarlıqlar tapmışdılar. Safiyə bu 1 dolların fotosunu xarici ölkədəki müəlliminə internet üzərindən göndərərək şifrəsini açmağa çalışmışdı.

Qeyd edək ki, çevrilişə cəhd edən hərbçilərin evlərini axtaran zaman da 1 dollarlıqlar tapılıb. 

Türkiyəli ekspertlər bunu hansısa məna daşıyan şifrə, tanınma vasitəsi hesab edərək, günlərdir ki, TV-lər vasitəsi ilə müzakirə edirlər./musavat.com/


MediaFax