“Kurtlar Vadisi” efirə qayıdır

"Kurtlar Vadisi- Pusu” serialı yenidən efirə qayıdır.

"Qafqazinfo” xəbər verir ki, bu barədə serialın əsas qəhrəmanlarından biri olan Cahit Kaya məlumat verib.

Aktyor sosial şəbəkədə yazıb ki, ekran işi bu ilin sentyabr ayında tamaşaçı qarşısına çıxacaq:

"Serialın 301-ci bölümü sentyabr ayında yayımlanacaq. Layihədə eyni komanda üzvləri iştirak edəcək. Bundan əlavə, "Kurtlar Vadisi – Darbe” apreldə, "Kurtlar Vadisi- Kıbrıs” isə yay aylarında çəkiləcək. Əlimizdən gəldiyi qədər məlumat verməyə çalışırıq, hər kəsə təşəkkürlər”.

MediaFax