Kredit borcunu ödəyib, amma... - Video

Zaman Zamanov mağazalardan birindən manatla kreditə telefon götürüb və cədvəl üzrə ödənişini yekunlaşdırıb.
 
Buna baxmayaraq Zaman Zamanovdan əlavə 70 manat ödəniş tələb edilir.

Əlavə ödənişin tələb edilməsinə səbəb kimi dolların məzənnəsinin yüksəlməsi göstərilir.

Müqavilə ilə tanış olan hüquqşünas Asif Abdullayev isə bildirir ki, burada məzənnənin dəyişməsi halında əlavə ödənişin ediləcəyi ilə bağlı bənd var ki, bu da müştərinin əleyhinə işləyir. 

Müqavilədə qeyd edilsə belə, özünün aldadılığını düşünən şəxs məhkəməyə müraciə edə bilər.

Hər bir halda vətəndaş hər hansı bir sənədi imzasıyla təsdiq edirsə mütləq qaydada onun bütün şərtlərini oxuyub dərk etməlidir ki, sonradan problemlə qarşılaşmasın./xezerxeber.az/
 

MediaFax