Koreya liderinə qarşı ordu yaradılır

Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, 2018-ci ildə ölkədə yeni ordu növü fəaliyyət göstərməyə başlayacaq.
 
Onun yeganə məqsədi KXDR rəhbəri Kim Çen In hökumətini fiziki olaraq ləğv etməkdən ibarətdir.

Koreyanın "Yönhap” agentliyi xəbər verir ki, xüsusi ordunun bölmələri modernləşdirilmiş "MH-47 Chinook” helikopterləri ilə hərəkət edəcəklər.

"Bu ordu hissələri düşmən ərazisinə daxil olmaq və vəzifəsini yerinə yetirərək geri qayıtmağa qadir olmalıdır”, - bunu Cənubi Koreya Quru qoşunları komandanı Çan Çun Kiu deyib./virtualaz.org/

MediaFax