Komitə sədri “Günəşli”dəki yanğından danışdı: “Müqəssirlər cəzalanmalıdır”

"Günəşli” yatağının 19-cu özülündə baş verən yanğına görə kimliyindən asılı olmayaraq müqəssirlər cəzalanmalıdır”.

MediaFax.Az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib. O, qeyd edib ki, sözü gedən ünvanda baş verən yanğında neft çənləri partlayıb: "19-cu blokda yanğın söndürüldü. İşçilər bloka qaytarılır. Allaha şükür ki, insan təlafatı olmadı. Gecə yanğın güclənib, neft çənləri də partlayıb. Qəza həm maddi, həm də ekoloji ziyansız ötüşməyib”.

Xatırladaq ki, sentyabrın 26-da "Azneft” İB-nin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyusunda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.

MediaFax