Klintona lüt heykəl qoydular - FOTOLAR

Amerikada prezidentliyə namizəd Hillari Klintonun karikatura formasındakı lüt heykəli Nyu York şəhərində bir metronun çıxışına qoyulub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, heykəlin Hillarinin rəqibi Donald Trampın tərəfdarları tərəfindən qoyulduğu ehtimal edilir.

H.Klintonun bir qadın tərəfdarı gördüyü mənzərə qarşısında bərk əsəbiləşib və heykəli aşıraraq sındırıb. Bundan sonra H.Klintonun tərəfdarları və heykəli qoyanlar arasında mübahisə düşüb.

Hadisə yerinə gələn polislər heykəli götürərək mübahisəyə son qoyublar.

Qeyd edək ki, avqust ayında ABŞ-ın bir neçə ştatında D.Trampın da heykəlləri qoyulmuşdu.




MediaFax