Kılıçdaroğlu həbsə düşə bilər

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri  Kamal Kılıçdaroğlu həbs oluna bilər. 
 
Müxalifət partiyasının lideri barəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və oğlu Bilalın şikayəti əsasında "mətbuat vasitəsilə təhqir etmək" ittihamı ilə aparılan istintaq başa çatıb.   
 
Türkiyə prezidenti ölkədə uğursuz dövlət çevrilişi cəhdindən sonra nümayiş etdirdiyi mövqeyinə görə, Kamal Kılıçdaroğlu barəsində verdiyi şikayəti geri götürüb. 
 
Ancaq Bilal Ərdoğanın şikayəti əsasında CHP sədri haqda 2 il 8 ay həbs cəzası tələbi ilə ittiham aktı hazırlanıb./modern.az/

MediaFax