Kerri özünə iş tapdı

ABŞ-nın sabiq dövlət katibi Con Kerri bitirdiyi universitetdə müəllimlik edəcək.
 
"RİA Novosti”nin verdiyi məlumata görə, o, yeni tədris ilindən Yel Universitetində proqramların birinin kuratoru olacaq. C. Kerrinin tədris edəcəyi kurs qlobal problemlərin həllinə aiddir. O, avtoritar rejimlər, ekstremizm, iqlim dəyişiklikləri  və süquta uğramaqda olan dövlətlər barədə seminarları aparacaq. 
 
Qeyd edək ki, C. Kerri 1966-cı ildə Yel Universitetini bitirib. O, 2013-2017-ci illərdə ABŞ dövlət katibi postunu tutub./APA/

MediaFax