Kerri Antraktidada göründü - Foto

ABŞ-ın dövlət katibi Con Kerri Antraktidaya səfər edib.

O, bu barədə öz "Twitter” mikrobloqunda yazaraq Antarktida çəkilmiş fotosunu paylaşıb.

"Antarktidada dünyanın ən yaxşı tədqiqatçıları ilə. İqlim dəyişikliyi realdır, biz isə bu faktı öz qorxu və risklərimizlə dəf edirik”, - deyə Kerri yazıb.

Qeyd edək ki, daha öncə Kerrinin "Mak-Merdo” qütb stansiyasına baş çəkmək üçün Antarktikaya gedəcəyi bildirilirdi. Bu, onun Antarktida, Yeni Zelandiyaya, Mərakeş və Peruya olan bir həftəlik səfəri çərçivəsində planlaşdırılıb./virtualaz.org/

MediaFax