Keçmiş MTN-də növbəti təmizlənmənin Anonsu

Eldar Mahmudov və onun "REKET” dəstəsi gün üzünə çıxdıqdan sonra onlarla MTN əməkdaşının həbsinə və nazirlikdən qovulmalarına baxmayaraq, hələ də bu qurumda Eldar Mahmudov və Akif Çovdarov dəstəsinin üzvlərindən qalanlar var.

Redaksiyamıza daxil olan məlumata görə, dəfələrlə Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyevin tapşırıqları əsasında müxtəlif vətəndaşları qanunsuz olaraq həbs edən və onlardan küllü miqdarda pullar alan şəbəkənin bəzi üzvləri müxtəlif üsullarla özlərini hələlik ədalət məhkəməsindən qoruya bilirlər.
 
Məlumatda qeyd edilir ki, hələ də bu şəbəkəyə məxsus şəxslər yeni yaradılan Dövlət Təhlükəsizlik Komitəsində müxtəlif vəzifələr tuturlar.

Mədət Quliyevin bu şəbəkəni təmizləməsinin yolu Eldar Mahmudov dönəmində MTN-nə işə cəlb edilən şəxslərin və ailələrinin hazırda sahib olduqları əmlaklarını araşdırmasındadır.

Qeyd edək ki, Eldar Mahmudov-Çovdarov dəstəsinin əldə etdiyi haram pullarla onlarla daşınmaz əmlaka sahib olublar ki, bu əmlakı da gələcəkdə təhlükələrdən qorumaq üçün ailə fərdlərinin adına sənədləşdiriblər./vətəninfo.az/

MediaFax