Karlovun yerinə namizəd tapılmır

Rusiya Ankarada qətlə yetirilən səfir Andrey Karlovu əvəzləyəcək namizədi seçməkdə çətinlik çəkir.
 
Bu barədə Rusiya Xarici işlər nazirinin müavini Aleksey Meşkov danışıb. O, bildirib ki, Andrey Karlovun qətlə yetirilməsi gözlənilməz və çox faciəvi hadisədir.
 
A.Meşkov "Andrey Karlovun yerinə adekvat namizəd tapmaq çətindir. Ancaq Türkiyə kimi "canlı” bir ölkədə səfir postu uzun müddət boş qala bilməz”,- deyib.

Xatırladaq ki, daha əvvəl rus mediası Andrey Karlovu Mixail Babiçin əvəzləyəcəyini yazsa da, prezidentin mətbuat katibi Dmirti Peskov bu xəbərlərin yalan olduğunu demişdi./qafqazinfo.az/

MediaFax