Kadırov çeçenlərə avropalı bomjları misal çəkdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanı tərk etmək istəyən çeçenləri bu fikirdən əl çəkməyə çağırıb.

O, bu açıqlamanı Polşa sərhədini keçmək istəyən çeçenlər barədə münasibət bildirərkən verib. 

"Hər şeydən məhrum olmaq, yaşayış yeri olmayan bomja çevrilməzdən, dini, adət və ənənələrinizi itirməzdən əvvəl yüz dəfə düşünün ki, özünüz və uşaqlarınızı nəyə düçar edirsiniz. Geriyə yol çox ağır və uzun olacaq” – Kadırov "İnstagram” səhifəsində belə yazıb.

Kadırov deyib ki Avropaya getmək istəyən minlərlə çeçen haqda xəbər xeyli şişirdilib. Onun sözlərinə görə, bu adamları qaçqın saymaq olmaz. 

"Onları belə adlandırmaq üçün səbəblər lazımdır. Çeçenistan ən stabil və inkişaf edən regiondur. Avropada bu cür sosial yardım və dəstək verən ölkə heç yerdə yoxdur" – o, belə deyib.

Kadırovun fikrinə görə, Polşa, Belçika və Hollandiyaya sığınan çeçenlər Qərbdə cənnət kimi həyatın olması yalanlarını yayan yerli kəşfiyyat xidmətlərinin "əlaltıları”dır. 

Xatırladaq ki. 30 avqustda 200 çeçenin Belarus sərhədində düşərgə salması haqda xəbər getmişdi. Onlar Polşaya gedib orada sığınacaq almaq istəyirdilər./avropa.info/ 

MediaFax