Jak Şirak Nobel mükafatı ala bilər

Fransanın keçmiş prezidenti Jak Şirakın namizədliyi Nobel sülh mükafatına irəli sürülüb.
 
Bu barədə informasiyanı "Le Fiqaro” qəzeti yayıb. Qəzet Osloya bununla bağlı ərizəni Fransanın 2002-2005-ci illərdə baş naziri olmuş Jan Pyer Raffaren və keçmiş maliyyə naziri Tyerri Bretonun təqdim etdiyini bildirib.

Qeyd edək ki, keçən il bu mükafatı 52 illik vətəndaş müharibəsinin bitirən Kolumbiya Prezidenti Xuan Manuel Santos alıb./kult.az/

MediaFax