İstilərlə bağlı Açıqlama

Ölkə ərazisində isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.
 
Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.
 
Onun sözlərinə görə, avqust ayının I ongünlüyündə isti hava şəraiti müşahidə olunacaq: "İsti hava şəraiti ilə bağlı xəbərdarlığımız qüvvədədir”.
 
G. Məmmədova qeyd edib ki, hava şəraitinin isti keçməsi avqust ayı üçün xarakterikdir: "Yaxın 2-3 gün ərzində isti və sabit hava şəraitinin davam edəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir”.
 
Qeyd edək ki, son günlər ölkə ərazisində havanın temperaturu 40 dərəcəni keçib.

MediaFax