İspaniya yığmasını bu çalışdıracaq

İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşib. 

Qol.az-ın İspaniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bundan sonra yığmanı Julen Lopeteqi çalışdıracaq. 

O, bu vəzifədə "Avro-2016"dan sonra komandadan ayrılan Visente del Boskeni əvəzləyib. Lopeteqi bu gün milli komandanın bazasında rəsmən ictimaiyyətə təqdim olunacaq. 

Qeyd edək ki, 17 illik futbolçu karyerasında "Real" və "Barselona"nın qapısını qoruyan 50 yaşlı mütəxəssis 2014-2016-cı illərdə "Portu"nun baş məşqçisi olub.

MediaFax