Kərimov ölkəsini nəhəng dövlətə çevirib getdi - Şok rəqəmlər

Dünən Özbəkistan prezidenti İslam Kərimov 78 yaşında dünyasını dəyişdi.
 
1938-ci ildə Səmərqənddə anadan olan Kərimov Özbəkistana 28 il rəhbərlik etdi. Onun haqqında  birmənalı fikirlər səslənmir: kimi onu  Özbəkistanın rifahı naminə vacib işlər görən qəti, sözübütöv siyasətçi, kimisi isə demokratiyanın düşməni olan  əzazil insan kimi xarakterizə edir. Xarici qüvvələrin bəziləri düşünür ki, İslam Kərimov Orta Asiyanın göz  bəbəyi olan Özbəkistanı iqtisadi cəhətdən güclü bir ölkəyə çevirə bilib. Kimisi isə, Özbəkistan kimi əlverişli coğrafi mövqedə yerləşən, zəngin təbii sərvətləri, bərəkətli torpağı olan bir məkanın bundan da güclü olmasına Kərimov rejiminin mane olduğunu bildirir.

İqtisadi ekspert,  Mərkəzi Asiya dövlətlərinin iqtisadi perspektivlərini araşdıran, bəziləri ilə konkret layihələr həyata keçirən Hüseyn Hüseynov saytımıza açıqlamasında İslam Kərimovun Özbəkistanı iqtisadi cəhətdən dünyanın 25 ən inkişaf etmiş ölkəsi arasına çıxardığını bildirib:

"Özbəkistan İslam Kərimovun dövründə  iqtisadi cəhətdən gücünə görə Top-25 ölkələr arasında idi. Özbəklər onun dövründə dolların nə rəngdə olduğunu bilmədilər və şad-xürrəm yaşadılar”.

İqtisadi ekspert İ. Kərimovun banisi olduğu Özbəkistan iqtisadiyyatının gücünü konkret faktlarla bu cür  əsaslandırır:

"Özbəkistan Rusiyaya ildə 95 min ton quru meyvə ixrac edir. Ölkənin çox güclü mədən sənayesi var: ildə 22 ton qızıl əldə edir. Volfram, uran da mədən sənayesində yer alır. 

Ölkə çayı xammal və qablaşdırılmış şəkildə idxal edir, istehlak olunan çay 100 % idxal olunur. İdxal olunan çayın həcmi 45 -50 min tondur.
 
Yaşıl çay 2011- ci ildə seqmentin 75 % təşkil edib ki, idxal oldunduğu ölkələr də Çin, İran və BƏƏ kimi iqtisadi güclərdi. Ölkə çay bazarında 150 adda çay məhsulu satılır ki, onun yalnız 15 faizi əcnəbi idxal brendləridir, və daha  baha qiymətə satılır. Ölkənin ən iri istehsal həcmli 18,5 min ton, çay fabriki Səmərqəndədir ". 

İqtisadi ekspertin  saytımıza təqdim etdiyi siyahıda İslam Kərimovun geridə buraxdığı Özbəkistan iqtisadiyyarının nə dərəcədə inkişaf etdiyini görmək olar:
"- Özbəkistan, xarici dövlət borcu olmayan azsaylı ölkələrdən biridir
- ÜDM 115 mlrd. Dollardı,  adambaşına isə  3800 dollar düşür;
- İqtisadi inkişaf səviyyəsinə görə "Top – 26”-ya daxildir;
- İqtisadi inkişaf tempinə görə dünyada 11-ci yerdədir; 
- Aşkar olunan mədən sənayesi yataqlarının sayı  2700-dən çoxdur;
- Təbii sərvətlərin təsdiq edilən ehtiyatları üzrə dəyəri, 970 mlrd.dollardır;
- Ümumi xammal ehtiyatlarının dəyəri 3,3 trln. Dollara bərabərdi;
- Neft ehtiyatları 5 milyard tondur, hasilat isə  4 milyarda bərabərdir;
- Dünyada qızıl hasilatına görə səkkizinci,   uran hasilatına görə yeddinci,  mis hasilatına görə 11-ci, qaz ehtiyatına görə isə 14-cü yeri tutur;
- Ölkədə ildə 6.5 milyon tondan çox  pambıq yığılır ki, bununla da dünyada ilk beşlikdə qərar tutub. Pambıq lifinin ixracına görə isə dünyanın ikinci ölkəsidir;
- İpək xammal istehsalına görə dünyada  6-cı, qaragül istehsalına görə isə ikinci yeri tutur”./moderator.az/

MediaFax