İŞİD “Taliban”a cihad elan etdi

"İslam Dövləti" (İŞİD) ilə "Taliban”ın bir-birinə cihad etdiyi iddia olunub.
 
Bu haqda "Azadlıq” radiosunun Pakistan bölməsi olan "Maşal” radio məlumat yayıb.

Radionun məlumatında bildirilir ki, Əfqanıstanın cənubundakı Gilmend əyalətinin polis idarəsinin rəhbəri Nabi Can Mullaheyla hüquq-mühafizə orqanlarında İŞİD-lə "Taliban”nın bir-brinə cihad elan etməsi ilə bağlı müvafiq sənəd olduğunu vurğulayıb.

Əfqanıstanın bəzi vilayətlərində iki terror qruplaşması arasında toqquşmaların baş verdiyi də qeyd edilir.

Son illər bir-birini rəqib sayan terror qruplaşmalarının liderlik uğrunda mübarizə apardığı da istisna olunmur./modern.az/

MediaFax