İŞİD onları samanlıqda yandırdı

İŞİD terror qruplaşması dünən İraqın Kərkük şəhərinin Havicə mahalında 60 dinc sakini qətlə yetirib.
 
Axar.az xəbər verir ki, bunu sözügedən mahalın kaymakamı Səbhan Cuburi deyib.
 
Onun sözlərinə görə, buna səbəb sözügedən şəxslərin təhlükəsiz bölgələrə qaçmaq istəməsi olub:
 
"İŞİD tərəfindən yaxalanan və aralarında bir qadının da olduğu 60 mülki şəxs Biqara hərbi bazasına aparılaraq orada qətlə yetiriliblər. Qadınlar və uşaqlar bir qrup halında, kişilər isə fərqli bölgədə öldürülüb. Bundan əlavə, peşmərgə sıralarına qoşulmaq istəyən şəxslər isə samanlıq əraziyə salınaraq yandırılıb”.
 
Qeyd edək ki, Havice mahalı 2014-cü ildən bəri İŞİD-in əlindədir.

MediaFax