İşdən çıxarılan polis özünü vurdu - Foto

FETÖ ilə əlaqədar başlayan istintaq çərçivəsində işdən çıxarılan polis intihar edib.

Türkiyə KİV xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 11-də baş verib. Məlumata görə, 26 yaşlı Adəm Tıraş parkda tapançayla başına atəş açaraq intihar edib. Dərhal xəstəxanaya çatdırılan Tıraşın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu gün Türkiyədə FETÖ ilə əlaqədə ittiham olunan 12 min 801 polis vəzifədən kənarlaşdırılıb. İntihar edən Adəm Tıraş da həmin polislərdən biri olub./qafqazinfo.az/



MediaFax