İran xüsusi təyinatlıları biabır oldu - Video

İranda hərbi mərasim zamanı ortaya çıxan görüntülər sosial şəbəkələrdə qısa müddət ərzində izləmə rekordu qırıb.

Yeni Şəfəq xəbər verir ki, mərasimdə xüsusi təyinatlı hərbçilərin döyüş qabiliyyətini nümayiş etdirən zaman biabırçı bir mənzərə yaranıb.

İran İslam İnqilabı Keşikçiləri Koprusunun (SEPAH) generallarının iştirak etdiyi mərasimdə hərbçilər ev tapşırığını yerinə yetirmək üçün bir saxsı güldanı sındırmağa cəhd ediblər.

Bir neçə "xüsusi təyinatlı” güldanı ayaq zərbəsi ilə sındırmağa çalışsa da, güldan inad edib, dirəşib və sınmayıb ki, sınmayıb.

Heç cür qırılmayan güldan mərasimi izləyən İran generallarının da ürəyini sıxıb.
 

MediaFax