İpoteka kreditləşməsi niyə dayanıb? - Video

İpoteka Fondu iyul ayının yekununa dair məlumatları açıqlayıb.
 
İyun ayında olduğu kimi, iyulda da Fond tərəfindən kreditləşmə aparılmayıb 

May ayında isə ümumi məbləği 100 min manat olan 2 ipoteka krediti verilib. Apreldə də bənzər vəziyyət qeydə alınıb, iki nəfərə ümumi məbləği 93 min manat olan kredit verilib. Bu il ölkədə cəmi 72 adi ipoteka krediti verilib.

İstiqrazların yerləşdirilməməsi ipoteka fondunun statusunun dəyişdirilirərək səhmdar cəmiyyətinə çevrilməməsi ilə bağlıdır.

Sosial ipoteka kreditləşməsində isə məhdudiyyətlər yoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik./xəzərxəbər/
 


MediaFax