“iPhone 7″nin satışa çıxacağı Vaxt

"Apple” "iPhone 7″nin satışa çıxarılacağı tarixi açıqlayıb.

Yeni telefonu sentyabrın 13-də görə biləcəyik. "iPhone 7″nin əsas özəlliklərindən biri onun qulaqlıq yerinin olmamasıdır. Bunun əvəzinə "Bluetooth” texnologiyası işlənəcək.

Naqilsiz enerji yığma (adaptrsız) xüsusiyyətinin də məhz "iPhone 7″də üzə çıxacağı gözlənilir. Ən maraqlı yeniliklərdən biri isə "iPhone 7 Plus” modelində yanaşı iki kameranın olmasıdır.

Dizaynında fərqli cəhətlərinin olacağı deyilən "ağıllı telefon”nun ilkin qiymətinin 1500-1700 manat civarında olması gözlənilir.

"iPhone 7″nin Azərbaycanda nə zaman satışa çıxarılacağı isə hələ bəlli deyil./azadliq.info/

MediaFax