İnternetdə qəribə petisiya - Putinlə bağlı

Change.org saytında ispan dilində qəribə imza toplama kampaniyası yaradılıb.
 
Kampaniyanı yaradan müəllif Putini Meksikadakı problemləri həll etməyə səsləyib.

Müraciətdə yazılıb ki, Meksikada tarixinin ən pis günlərini yaşayır, bizə bu qanunsuzluqla mübarizə apara biləcək xüsusi bir adam lazımdı.

Petisiyanın yaradıcısı Freppo Sovieticodur. Tvitter hesabından məlum olub ki, Meksikanın şimalında, Koauila ştatının Torreon şəhərində yaşayır./aznews.az/

MediaFax