Çin futbolçulardan hakimlərə keçdi - Transfer məsələsi

Səs-küylü bahalı futbolçu transferlərilə diqqət mərkəzinə düşən Çin super liqası bu dəfə Avropanın ünlü hakimlərini transfer etmək fikrinə düşüb.

Britaniyanın "Daily Mirror” nəşrinin yaydığı xəbərə görə, super liqa ingiltərəli FİFA referisi Mark Klattenburqu Çində hakimliyə cəlb etmək istəyir. Bununla bağlı tərəflər arasında danışıqlara başlanacağı iddia edilib.

Qeyd edək ki, Klattenburq bu ilin yekunlarına əsasən dünyanın ən yaxşı hakimi seçilib.

Əlavə edək ki, bu il Çin klubları Halk, Oskar, Cekson Martinez, Jervinyo kimi futbolçuları transfer edib./qol.az/

MediaFax