İlhamənin məzarından oğurluq

"Bu biabırçılığı görəndə şok oldum. Deyirəm ki, rəhmətlik haqq dünyasındadır. İndi də qəbri üstündə şou çıxarırlar”.

Bu sözləri ötən gün xalq artisti İlhamə Quliyevanın məzarını ziyarət edən müğənni Xatun Əliyeva bildirib.

O, ötən gün primaddonanın qəbri üstünə qoyulan güllərin oğurlandığını iddia edib:

"Bu gülləri yolmaqda məqsəd nədi? Görün bunu edən adam nə qədər murdar adamdır. Mən İlhamə Quliyevanın bacısı İradə xanımı tanıyıram. Çox yaxşı insandır. Allah pis adamları islah etsin”./qafqazinfo.az/
 


MediaFax