İlhamənin yeni dueti tapıldı - Audio

Müğənni Ramal İsrafilov "Hədiyyəm olsun” adlı yeni mahnı üzərində çalışır. 
 
Bəstənin sözləri Ülviyyə Alovluya, musiqisi Ramalın özünə aiddir. 

R.İsrafilov mahnını mərhum xalq artisti İlhamə Quliyevanın xatirəsinə həsr etdiyini bildirib:

"Bu mahnı neçə il əvvəl yazılıb. İlhamə xanımla duet şəklində səsləndirmişdim. Texniki səbəblərdən ifanı təqdim edə bilmirdim. İndi bu mahnını İlhamə Quliyevanın ad gününə həsr edirəm. Yaxın günlərdə mahnının tam versiyasını dinləyicilərin ixtiyarına verəcəyəm”./axşam.az/


MediaFax