İlham Əliyev və xanımı açılışlarda

Dekabrın 26-da Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub.
 
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər. "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib.
 
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

X X X

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı şəhəri Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olublar.
 
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov küçədə görülən yenidənqurma işləri barədə dövlət başçısına məlumat verib.
 
Dövlət başçısı küçənin rəmzi açılışını bildirən lenti kəsib.

X X X

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak ediblər.
 
Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.
 
X X X
 
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da "Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olublar.
 
Dövlət başçısına və xanımına "Bakı Ağ Şəhər” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib./APA/

MediaFax