İlham Əliyev Raul Kastroya başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa başsağlığı verib.
 
Dövlət başçısının məktubunda deyilir:
 
"Hörmətli cənab Sədr, Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, qardaşınız Fidel Kastro Rusun vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

MediaFax