İki fəhlə binadan yıxıldı, biri öldü

Sumqayıtda iki fəhlə 5-ci mərtəbədən yıxılıb.
 
Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, Ağsu rayon sakini İsmət Musayev və Ağcabədi rayon sakini Murad Əliyev 5 mərtəbəli binanın damında təmir işləri apararkən yıxılıblar. İ. Musayev hadisə yerində ölüb, M. Əliyev isə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır./APA/

MediaFax