İƏT FETÖ-nü terrorçu təşkilat elan etdi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fətullahçı Terror Təşkilatını (FETÖ) terror təşkilatı elan edib.
 
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz "twitter” səhifəsində yazıb.
 
Qərar Özbəkistanın paytaxtı Daşkənddə Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında qəbul olunub.
 
"Milliyyət”in məlumatına görə, qərarı yalnız Misir dəstəkləməyib.
 
İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib./APA/

MediaFax