İcra başçısı köməkçisini işdən kənarlaşdırdı

Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin qərarı ilə onun köməkçisi Asəf Məmmədov tutduğu vəzifədən azad olunub.
 
Onun yerinə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi işləyən Şahbazov Məhəmməd Şirin oğlu təyin edilib.

İlyasov İlqar Süleyman oğlu isə İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
 
O, bu günə qədər Rayon Mədəniyyət və Turuzum şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Aqil Nəzərli Laçın RİH başçısı təyin edilib. O, bu vəzifəyə qədər rayon İcra Hakimiyyətinin başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri işləyib./report.az/

MediaFax