Ermənini I raundda nokauta salan idmançımız danışdı

"İdmançı kimi 2016-cı ili fəaliyyətim üçün məhsuldar adlandırardım”.

Bunu saytımıza nüfuzlu beynəlxalq yarışların qalibi, "Tank” ləqəbli peşəkar idmançı, Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov ilin yekunları ilə bağlı fikirlərini şərh edərkən bildirib.

X. Əhmədov bu ilin mayın 28-də Hollandiyanın Eyndhoven şəhərində keçirilən K-1 versiyası üzrə beynəlxalq turnirdə qələbə qazanıb. Noyabrın 6-da Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti beynəlxalq turnirdə rinqdə erməni idmançısı Cioran Apuyepyanla üz-üzə gəlib və I raundda onu nokauta salıb: "Qarşıda daha bir yarışımız gözlənilir. 2017-ci ilin mart ayının 25-də Almaniyanın Frankfurt şəhərində peşəkar yarışda iştirak edəcəyəm”./qaynarinfo.az/

MediaFax