Hollivud ulduzu müsəlman olub? - İddia

Daim qalmaqallarla gündəmə gələn Hollivud ulduzu Lindsey Lohanın İslam dinini qəbul etdiyi iddia olunur.
 
"Life.ru”nun verdiyi məlumata görə, 30 yaşlı aktrisa İnstaqram hesabındakı bütün şəkilləri silərək adının yanına "Alaikum salam” ifadəsini yazıb.

Sosial şəbəkə istifadəçiləri bu münasibətlə aktrisaya təbrik mesajları ünvanlayıblar.

Qeyd edək ki, xristian ailəsində dünyaya göz açan Lohan bundan öncə bir neçə fərqli dinlərə sitayiş edib. 2016-cı ildə Türkiyənin Qaziantep şəhərinə səfər edib burada suriyalı ailələrlə görüşən aktrisa başörtüyü ilə də müzakirələrə səbəb oblmuşdu./qafqazinfo.az/

MediaFax