Ruhaninin qardaşının adı korrupsiya qalmaqalında

Tehran İnqilab Məhkəməsinin sədri Musa Qəzənfərəbadi ölkədə istintaqı davam edən korrupsiya sənədlərinə prezident Həsən Ruhaninin qardaşı və şəxsi məsləhətçisi Hüseyin Firidunun də adının qarışdığını bildirib.

Bəsic Xəbər Agentliyinə danışan Qəzənfərəbadi İnqilab Keşikçiləri Ordusu Kəşfiyyat Birliyinin də istintaqa daxil olduğu bir bankçılıq korrupsiyasına aid bilgi verib.
 
Qəzənfərəbadi deyib ki, daha çox bilgiyə sahib deyiləm, amma Hüseyin Firidunun da Korrupsiya şəbəkəsi ilə əlaqədə olması ilə bağlı məlumatlar var./azadliq.info/

MediaFax