Həmyerlisini baltalayaraq öldürdü - Azərbaycanda dəhşət

Sumqayıtda dəhşətli qətl törədilib.
 
Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Rüfət Salman oğlu Quliyev aralarında yaranmış mübahisə zəminində, tanışı, Sumqayıt şəhəri 48-ci məhəllə sakini, 1983-cü il təvəllüdlü Ramiz Yunis oğlu Hətəmovu başından balta ilə vuraraq öldürüb.
 
Hadisəni törədən R. Quliyev saxlanılıb.
 
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./APA/

MediaFax