Həmin gün türklər işləməyəcək

İyulun 15-i Türkiyədə rəsmi qeyri-iş günü olacaq.

"Haber7" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan icra nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.

O, 27 icra nümayəndəsi ilə görüşdəki çıxışının sonunda iyulun 15-nin rəsmi qeyri-iş günü olacağını söyləyib: "İyulun 15-i hər il şəhid və qazilər günü olaraq tətil ediləcək".

Qeyd edək ki, bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd olub. Rəcəb Tayyib Ərdoğanın müraciətindən sonra ölkə vətəndaşları demokratiyanı müdafiə məqsədilə Türkiyənin küçə və meydanlarına çıxıblar./virtualaz.org/

MediaFax