Filippində narkotik alverində ittiham olunaraq tutulan 13 məhbus həbsxanadan qaçıb.
Bu barədə Frans-Press Agentliyinə yerli narkotiklə mübarizə idarəsindən məlumat verilib. Belə ki, hadisə Filippinin San-Fernando şəhərində, paytaxtın şimalında yerləşən həbsxanaların birində baş verib. Onlar metal dəmirləri mişarla kəsərək oradan qaçıblar. Hadisə ilə bağlı əməliyyat-axtarış işləri davam edir./aznews.az/
MediaFax