Həbsxanada qiyam - 10 nəfər öldü

Braziliyanın Riu-Qrandi-du-Sul ştatının Natal şəhərində yerləşən həbsxanada qiyam baş verib.
 
Qiyam nəticəsində azı 10 nəfər ölüb.

Hüquq-mühafizə orqanların məlumatına görə, qiyam həbsxanada bir-biri ilə mübarizə aparan iki dəstə üzvlərinin toqquşması nəticəsində başlayıb.
 
Qeyd edək ki, yanvar ayının əvvəlindən Braziliyanın həbsxanalarında qiyam nəticəsində 100-dən artıq insan ölüb./modern.az/

MediaFax