Həbsxanada adam ölüb

Azərbaycanda məhkum xəstəlikdən ölüb.
 
Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək azadlıqdan məhrum edilmiş, 1978-ci il təvəllüdlü Elşən Ramazan oğlu Əliyev saxlanıldığı müəssisədə vəfat edib.
 
Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

MediaFax