Havadan payız iyi gəlir...

Azərbaycanın rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq
 
Avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəzlənəcək. Havanın temperaturunun gecə  22-24, gündüz  30-34 dərəcə isti olacağı gözlənilir.

Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 % təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.
 
Avqustun 3-4-də Abşeron yarımadasında sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Avqustun 3-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25i, gündüz  33-38i,  dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

MediaFax