Hava şarı yerə çırpıldı - Ölən var

Hadisə Türkiyədə olub

Nevşehirdə isti hava şarının yerə sərt eniş etməsi səbəbindən danimarkalı bir turist dünyasını dəyişib.

İstiPress-in CNNTurk-ə istinadən verdiyi xəbərə görə, hava şarı səhər saatlarında Türkiyənin Kapadokya bölgəsindən havaya qalxıb və bir müddət sonra Karadağ adlanan ərazidə eniş edib. Şarın yerə sərt düşməsi səbəbindən  54 yaşlı danimarkalı turist  Benny Karl Jessen ağır yaralanıb.
 
Ciddi xəsarətlər alan turistin həyatını xilas etmək mümkün olmayıb.

MediaFax