Hacıbala Abutalıbov hara gedib?

Sentyabrın 28-də paytaxta yağan leysan yağışdan sonra sosial şəbəkələrin əsas "qəhrəman”ına çevrilən şəxs Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov oldu. Bakının bir neçə dəqiqə ərzində iflic vəziyyətə düşməsindəhər kəs onu günahkar gördü.

Hətta paytaxt küçələrində yağışın təsiri ilə yaranan irigölməçələrin fonunda Bakı merinin kollajlarını hazırlayıb yayanlar da oldu. Abutalıbovubu şəkildə tənqid edənlərin ən çox verdikləri sual onun harada olması ilə bağlıidi. Buna səbəb də rəhbəri olduğu şəhərdə yaranan  problemlərlə bağlı icra başçısının bir açıqlamabelə verməməsi idi. Əvvəllər tez-tez mətbuata çıxan, jurnalistlərin suallarını özünəuyğun şəkildə cavablandıran, Bakı küçələrini qarış-qarış gəzən Abutalıbov nədənsə son zamanlar gözə dəymir. Onu ara-sıra rəsmi dövlət tədbirlərində  görmək olur. Bəzən elə bir vəziyyət yaranır ki,vətəndaşlar Bakı merinin kim olduğunu belə unudurlar.

A.Abutalıbovun yoxluğu, Bakının güclü yağışdan sonra iflicduruma düşməsi ilə bağlı "Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov bunları dedi: "Bakı merinin əvəzinə nəsə deyib, onu müdafiəedib, yaxud təqsirləndirə bilmərəm. Çünki mənim xəbərim yoxdur ki, o insan mətbuataniyə açıqlama vermir, iş yerindədirmi, yaxud məzuniyyətdədirmi. Yəni bu məsələnimən bilmirəm.  Mətbuat işçiləri sual verirlər,səhəri gün baxırsan ki, sənin fikirlərin təhrif olunub. Nəticədə mətbuatla əməkdaşlığıdayandırırsan. Əgər sənin dediyini olduğu kimi çatdıra bilmirsə, ifadə etmək bacarığıyoxdursa, onunla nə əməkdaşlıq etmək olar? Jurnalistin ixtiyarı ona çatır ki, istədiyişərhi versin, amma sənin fikirlərini təhrif edə bilməz. Adətən belə olanda görürsənki, əməkdaşlıq kəsilib. Mən o iddiada deyiləm. Amma bəzən məmurlar jurnalist, redaktorkimi mənə şikayət edirlər ki, dediklərimi qalır kənarda, adlarından müxtəlif fikirlər  yazılır. Ona görə də bəzən məmurlar mətbuata qapanırlar.Bu vəziyyətlə əlaqədar nəyi deyim ki? Son 20 il ağlıma gələn dövrdür. Bu illər ərzindəBakıda bu qədər yağış yağdığını görməmişəm. Elə bil ki, yaz yağışı idi. Bakıda eləbir ziyanı yoxdur. Amma bölgələr üçün narahatam. Çünki pambıqçılığa ciddi ziyanvura bilər. Amma bu, Allahın göydən tökdüyü nurdur. Bu leysanı nəinki Bakı, heçbir şəhər kanalizasiya xətti axıda  və buyolla yaranan problemlərin qarşısını ala bilməz. Amma bu həqiqətdir ki, əvvəlləryol kənarlarında yağış sularını axıtmaq üçün xüsusi qurğular qoyulurdu. Bilmirəmki, Bakı daxilindəki sel suları yığılan yolları Bakı Şəhər İcra Hakimiyyəti yenidənqurub, çəkib, yoxsa başqa bir qurum. Obyektivlik naminə onu qeyd etmək istəyirəmki, yağışdan mən də əziyyət çəkdim. Toya gedirdim, bir saat 15 dəqiqə tıxacda qaldım,oturub yağışa baxdım. Yağışın nə qədər güclü olduğunu orada müşahidə elədim. Buqədər suyun qısa müddətdə Bakıya tökülməsi sel yaratdı. Qalan nöqsanlar var ki,yəqin nəticələr çıxarılır. Bu nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməlidir.Onsuz da son  günlərdə dərslərin başlamasıilə əlaqədar tıxaclar başlayıb. Bunun özü də yeni problem yarada bilər. Amma yəqinki, gələcəkdə yağış sularının axması üçün xüsusi yerlərin əvvəl olduğu kimi qoyulmasına,yaxud bərpasına ciddi ehtiyac yaranacaq. O yolları hansı təşkilat çəkəcək, hökmənbunu nəzərə almalıdır”.

H.Abutalıbovun harada olması ilə bağlı BŞİH-in mövqeyinialmağa çalışdıq. Lakin telefonlarımıza cavab verən tapılmadı./musavat.com/

MediaFax