Güclü külək gəlir - Hava proqnozu

Bakı və Abşeron yarımadasında yanvarın 6-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.
 
Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 2-5° isti, gündüz  9-14° isti, Bakıda gecə 2-4° isti, gündüz  12-14° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət  gecə 75-85 %, gündüz 45-55 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi  yerlərdə duman olacaq.
 
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
 
2017-ci il yanvarın 6-7-də cənub-qərb küləyinin bəzi rayonlarda arabir güclənəcəyi gözlənilir.

MediaFax