Gömrük rəisi ilə əlbəyaxa olan icra başçısı Cavid Qurbanovun qohumu imiş

Bu günlərdə xəbər yayıldı ki, Qazaxın icra başçısı Rəcəb Babaşovla gömrük rəisi Mehman Sadıqov əlbəyaxa olub

Buna səbəb kimi rayon rəhbərinin "Qırmızı Körpü” keçid məntəqəsindən qaçaqmal siqaret keçirmək istəyinin rədd edilməsi olub. 

R.Babaşov da qəzəblənərək mübahisəni əlbəyaxa davaya çevirib. Sonra Qazax RİH təsdiqə oxşar bir təkzib açıqlaması verdi. Bildirildi ki, bu barədə onlarda məlumat yoxdur. 

Politika.Az isə media üzərindən araşdırma apararaq qənaətə gəlib ki, Qazaxın icra başçısı "Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanovla yaxındır.

Qazaxın icra başçısı daha çox Cavid Qurbanovun "kassiri” kimi tanınıb. Cavid Qurbanovun çoxlu sayda biznes qurumlarına da onun nəzarət etdiyi bildirilir. 

Əslən sabirabadlı olan Rəcəb Babaşovun həm Nəqliyyat naziri Ziya Məmmədovla, həm də Cavid Qurbanovla nikah vasitəsi ilə qohum olduğu məlumdur. Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi işləmiş Rəcəb Babaşovun adı bir neçə dəfə MTN işində keçib. 

Bildirilir ki, Rəcəb Babaşov Vergilər Nazirliyində çalışdığı zaman Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, "MTN işi” ilə bağlı işdən azad olunan Vidadi Məmmədovla birlikdə əlbir olub. 

Onlar MTN generallarının "çətəsində” yer alıb. Lakin onu həbsdən və istintaq araşdırmasından Cavid Qurbanovun qurtardığı qeyd olunur. Politika.Az-ı bilgiləndirən mənbənin qeydlərinə görə, əlbəyaxa dava olayı mediada tirajlandıqdan sonra R.Babaşov pis vəziyyətə düşüb. 

Gömrük rəisi onun biznesini ifşa edib. Eyni zamanda C.Qurbanovun R.Babaşova yüngülcə irad bildirdiyi və töhmət verdiyi də deyilir. 

Çünki C.Qurbanov üçün bu hadisə revanş olub. C.Qurbanov Arif Əsgərovun qardaşı Eyvaz Əsgərovu müənni Şəbnəm Tovuzlu ilə necə "vurursa” buna bənzər cavab R.Babaşovla yaşanıb. 

Onu da deyək ki, Rəcəb Babaşov paytaxtda hətta regionlarda da böyük biznes imperiyasının olması ilə tanınan oliqarxlardan biridir. 

Onun şəxsi mülkiyyətində olan avtomobillərin bütün seriya nömrələri 077 ilə bitir. Bakıda «077» adlı xeyli sayda prestijli avtoyuma məntəqələri, ticarət obyektləri, restoranları var.

MediaFax