Gənc oğlan Ərdoğanı təəccübləndirdi - Foto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qadın və Demokratiya Dərnəyi (KADEM) tərəfindən təşkil olunan Qadın və Ədalət Zirvəsinin açılış proqramına qatılıb.

"Milliyet” xəbər verir ki, Ərdoğan tədbirdə çıxış edəndən sonra bir gənc oğlan onunla şəkil çəkdirmək üçün qaçaraq səhnəyə çıxıb və prezidenti qucaqlayıb. İlk öncə çox təəccüblənən Ərdoğan daha sonra oğlanı qucaqlayaraq mühafizəçisinə əliylə uzaqlaşmağını bildirib.

Qeyd edək ki, tədbirdə Türkiyə prezidentinin xanımı Əminə Ərdoğan və qızı Süməyyə də iştirak edib./qafqazinfo.az/

MediaFax